Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Mərkəzdə “Konsultativ poliklinika”, “Qlaukoma”, “Katarakta cərrahiyyəsi”, “Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası”, “Eksimer-lazer”, “Gözün yoluxucu xəstəlikləri”, “Uşaqlarda gözün patologiyası”, “Tor qişanın və görmə sinirinin patologiyası”, “Şəkərli diabetin göz fəsadları”, “Gözün vitreoretinal cərrahiyyəsi”, “Lazer cərrahiyyəsi”, “Gözün zədəsi”, “Okuloplastik və rekonstruktiv cərrahiyyə”, “Onko-oftalmoloji”, “Cərrahiyyə-əməliyyat bloku”, “Şüa-diaqnostikası”, “Gözün tibbi ekspertizası” şöbələri fəaliyyət göstərir.
MOM-un filialları:
Masalli filialının ünvanı: M. Fizuli küçəsi, 100; tel: +994252154518;
Gəncə filialının ünvanı: Pərviz Səmədov küçəsi, 62; tel: +994222664545.