Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Respublikası Prezidentinin 2012- ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Səhiyyə sahəsində orta kadr çatışmamazlığının aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlən Kabinetinin 19 sentyabr 2013-cü il tarixli 261 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Quba Tibb Kolleci” Publik Hüquqi Şəxs yaradılmış və Tibb Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına” daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2013-cü il tarixli 42№-li qərarı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə “Quba Tibb Kolleci” Publik Hüquqi Şəxsin pedaqoji və inzibatı xidmətedici kadrlarla, müvafiq maddi- texniki baza və bina ilə təminatı, təhsil alacaq tələbələrin sayı, tələb olunan maliyyə vəsaitinin həcmi və fəaliyyəti ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmışdır. “Quba Tibb Kolleci” Publik Hüquqi Şəxs ilk dəfə “Tibb bacısının işi”ixtisası üzrə fəaliyyətə başlamışdır.2018-ci ildən isə artıq QubaTibb Kolleci Tibb bacısı (qardaşı),Mamalıq işi ixtisasları fəaliyyət göstərir. Hazırda kollecdə 205 nəfər tələbə təhsil alır.Təhsil forması əyanidir. QubaTibb Kollecində təcrübəli,peşəkar həkim ,müəllim və texniki işçi heyəti çalışır. QubaTibb Kolleci respublikamızın şimal zonasında orta ixtisaslı tibb kadrları hazırlayan yeganə tibb kollecidir. Fəaliyyət göstərdiyi ildən bu günə kimi 265 məzun diplom almışdır .Onların böyük əksəriyyəti şimal zonası üzrə müxtəlif dövlət və özəl xəstəxanalarında fəaliyyət göstərirlər.

Son yenilənmə tarixi : 2024-12-19 11:45
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.