Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1 - ci yarımbəndinə uyğun olaraq 1993-cü ildən etibarən fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Müfəttişliyi” əsasında publik hüquqi şəxs statusunda “Respublika Sanitariya-Karantin Mərkəzi” yaradılmışdır.
Mərkəzin fəaliyyətinin əsasını ölkədə sanitar-epidemioloji təhlükəsizliyin möhkəmləndirilməsi, səhiyyə sahəsində idarəetmənin vahid dövlət prinsipləri əsasında həyata keçirilməsi və əhalinin həyat və sağlamlığının qorunması təşkil edir.
Mərkəz karantin infeksiyalarının (taun, vəba, sarı qızdırma, malyariya, SARS və s.) respublika ərazisinə gətirilməsinin qarşısını almaq, əhalinin idxal olunan insan orqanizmi üçün potensial təhlükə yarada bilən sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarından mühafizəsinə yönəldilmiş profilaktik və əksepidemik tədbirlər həyata keçirir.
Belə ki, Mərkəz bu istiqamətdə fəaliyyətinin təmini məqsədilə idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsulları üzərində müvafiq ekspertiza həyata keçirir, həmin məhsulların fiziki-kimyəvi, toksikoloji və mikrobioloji laborator müayinələrini aparır. Müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərə uyğun olduğu halda, sözügedən məhsullara gigiyenik sertifikat verilir.