Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tikilmiş və müasir tələblərə cavab verən ən nümunəvi səhiyyə müəssisələrindən biridir. Bu mərkəz, Səhiyyə Nazirliyi tərəfindən yüksək keyfiyyətli tibbi avadanlıqlarla təchiz olunmuş və geniş praktikaya malik ixtisaslı tibbi heyət ilə təmin edilib.

14 noyabr 2020-ci il tarixində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Vətən Müharibəsi” qazilərinin istifadəsinə verilən bu unikal mərkəz, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızın sağlamlığının bərpasına və rifahına xidmət edir. Burada həmçinin şəhid valideynləri və övladları (anaları ilə birgə) üçün müalicə və istirahət imkanları yaradılmış, Ukraynada müharibə nəticəsində valideynlərini itirmiş uşaqlara yay istirahəti və bərpa xidmətləri göstərilib.

Mərkəzin infrastrukturu 250 nəfərin eyni vaxtda qəbulu, müalicəsi, tibbi reabilitasiyası və istirahətini təmin etmək üçün qurulmuşdur. Burada çoxprofilli, yüksək səviyyəli reabilitasiya xidmətləri təqdim olunur. Mərkəzə müraciət edən xəstələrə dəqiq və ətraflı müayinə ilə yanaşı, fərdi reabilitasiya müalicə paketləri təklif edilir.

Etaplı müalicə yanaşması, poliklinika və xəstəxana xidmətlərinin ardıcıl şəkildə təşkili xəstələrin həm fiziki, həm də psixoloji bərpasına nail olmaq üçün mükəmməl imkan yaradır. Dispanser müşahidə üsulları daha da təkmilləşdirilərək, əlilliyin erkən aşkarlanması, qarşısının alınması və reabilitasiyası istiqamətində mühüm işlər həyata keçirilir.

Son yenilənmə tarixi : 2024-12-25 14:26
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.