Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Psixonevroloji Mərkəzi PHŞ müxtəlif psixonevroloji pozuntulardan əziyyət çəkən uşaqlara xidmət göstərir. Əsası 2009-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan müəssisə körpələr evi kimi 2020-ci ilə kimi fəaliyyət göstərib. Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü, tapşırığı, diqqət və qaygısı nəticəsində 2020-ci ildə "Uşaq Psixonevroloji Mərkəzi" PHŞ kimi yenidən təşkil ediib.
Mərkəz Azərbaycan Respublikasında ilk və yeganə geniş profilli, psixo-nevroloji xəstəliyi olan uşaqların saxlanması və müalicəsi üçün xidmət göstərən tibb müəssisəsidir.
Mərkəz fəaliyyətini iki istiqamət üzrə qurub:
1. Müxtəlif psixo-nevroloji xəstəliklərin geniş spektri üzrə ambulator müalicə və tibbi-sosial reabilitasiya; 2. Valideyn himayəsindən məhrum olmuş və agır psixo-nevroloji xəstəliyi olan uşaqların saxlanması, müalicəsi və tibbi sosial reabilitasiyası.