SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Giriş

Son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə 2006-2010-cu illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilmişdir.

Həmin Dövlət Proqramı qəbul edildikdən sonrakı dövr ərzində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşmış və onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan götürülmüşdür. Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri - qlükometrlərlə təmin edilmişdir. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaratmış və qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə artmışdır.

Eyni zamanda, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilmişdir. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə şəkərli diabetin profilaktikasına ayrılan maddi vəsait onun gələcəkdə fəsadlarının aradan qaldırılmasına qoyulan xərclərdən dəfələrlə azdır.

Qeyd olunanları nəzərə alaraq, 2011-2015-ci illəri əhatə edən bu Dövlət Proqramında profilaktik tədbirlərə xüsusi yer verilmiş, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlmişdir.

2. Tədbirlər Proqramının məqsəd və vəzifələri

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

  • respublikada şəkərli diabet xəstəliyinin yayılmasının qarşısının alınması;
  • şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatının yaxşılaşdırılması;
  • əhalinin şəkərli diabetə dair maarifləndirilməsi;
  • şəkərli diabet xəstələrinin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.

3. Tədbirlər Proqramının maliyyələşdirilməsi

Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

Sıra № Tədbirin adı İcraçılar İcra müddəti
1. Tədbirlər Proqramının həyata keçirilməsində təşkilati tədbirlər
1.1 Şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının yaradılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2012
2. Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası
2.1 Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
2.2 Şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi mütəmadi
2.3 Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2012
2.4 Şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
2.5 Şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3. Kadr hazırlığı
3.1 Şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3.2 Şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3.3

İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4. Şəkərli diabetlə mübarizəyə dair maarifləndirmə
4.1 Şəkərli diabetin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4.2 Kütləvi informasiya vasitələri ilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri 2011-2015
Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.