SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Tədbirlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Minilliyin İnkişaf Məqsədləri”nə, eləcə də “Azərbaycan–2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq aparılır.

Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Respublikada həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur.

Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilmişdir.

Bu Dövlət Proqramı 2013–2017-ci illəri əhatə edir və uşaqların icbari dispanseriyzasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.

2. Dövlət Proqramının məqsədi

2.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:

2.1.1. uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sonrakı müşahidəsi vasitəsilə onlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması;

2.1.2. uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.1.3. dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin yaradılması və həmin sistemin mövcud elektron sağlamlıq sisteminə inteqrasiyası;

2.1.4. uşaqların dispanserizasiyasını həyata keçirən tibbi, xüsusilə də ilkin səhiyyə xidməti göstərən tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi;

2.1.5. uşaqların dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqla təchizatının yaxşılaşdırılması;

2.1.6. uşaqlar və valideynlər arasında maarifləndirmə işlərinin və xəstəliklərin ilkin profilaktikasının gücləndirilməsi.

3. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra №-si Tədbirin adı İcraçı orqanlar İcra müddəti (illər üzrə)
4.1. Təşkilati tədbirlər
4.1.1. İcbari dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunun aparılması Səhiyyə Nazirliyi Mütəmadi
4.1.2. İcbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması Səhiyyə Nazirliyi 2013–2014
4.1.3. Dispanserizasiya zamanı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyatının aparılması və onun mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyasının təmin edilməsi Səhiyyə Nazirliyi 2013–2017
4.2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
4.2.1. Uşaqların dispanserizasiyasını həyata keçirən müəssisələrdə təmir-tikinti işlərinin aparılması məqsədi ilə illik sifarişlərin hazırlanması Səhiyyə Nazirliyi Hər il
4.2.2. Uşaqlara tibbi xidmətlər göstərən ilkin səhiyyə müəssisələrinin lazımi avadanlıq, laborator və tibbi ləvazimatlarla, eləcə də kompyuter texnikası ilə təchiz edilməsi Səhiyyə Nazirliyi 2013–2017
4.2.3. Tibbi müayinələrin aparılması üçün təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələrinin müvafiq avadanlıqlarla təchiz edilməsi Təhsil Nazirliyi 2013–2017
4.3. Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi
4.3.1. Dispanserizasiya tədbirləri çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlər üzrə klinik protokolların və müvafiq təlimatların hazırlanması Səhiyyə Nazirliyi 2014
4.3.2. Dispanserizasiya çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirmə mexanizminin hazırlanması Səhiyyə Nazirliyi 2014
4.3.3. Xəstə və xəstələnmə riski olan uşaqlar üçün sanatoriya-kurort və bərpa müalicəsinin təşkili Səhiyyə Nazirliyi 2013–2017
4.3.4. Çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrində yerləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi 2013–2017
4.3.5. Dispanserizasiya məqsədi ilə aparılan tibbi müayinələr zamanı aşkar edilən xəstə uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsinin təşkili Səhiyyə Nazirliyi Mütəmadi
4.4. Kadr hazırlığı
4.4.1. Uşaqların dispanserizasiyasını həyata keçirən ilkin səhiyyə xidməti göstərən tibb işçiləri (ailə həkimi, sahə pediatrı) üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartları və klinik protokollar əsasında təlimlərin keçirilməsi Səhiyyə Nazirliyi Mütəmadi
4.4.2. Dispanserizasiya ilə bağlı təlim mövzularının diplomaqədər və diplomdansonrakı tədris proqramlarına daxil edilməsi Səhiyyə Nazirliyi 2013–2014
4.4.3. Uşaqlar arasında xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq çərçivəsində yerli mütəxəssislərin xaricdə təlim keçməsinin təşkili Səhiyyə Nazirliyi Mütəmadi
4.4.4. Uşaqlar arasında geniş yayılmış xəstəliklər üzrə elmi konfransların keçirilməsi, eləcə də mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Səhiyyə Nazirliyi Mütəmadi
4.5. İcbari dispanserizasiya sahəsində maarifləndirmə
4.5.1. İcbari dispanserizasiyanın əhəmiyyətinə dair videoroliklərin hazırlanması, bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap edilməsi Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2013–2015
4.5.2. Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi Mütəmadi
4.5.3. Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə uşaqlar və valideynlər arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzular üzrə maarifləndirmə materiallarının yayılması Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, kütləvi informasiya vasitələri Mütəmadi

5. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

5.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

5.1.1. uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi;

5.1.2. uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması;

5.1.3. dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;

5.1.4. uşaqların sağlam həyat tərzi sahəsində maarifləndirilməsi.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.