SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Bu xidmət vasitəsilə dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. (Şəkil 2)

İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. Müraciət edənin hüquqi və ya fiziki şəxs olduğunu qeyd etməlisiniz. (Şəkil 3)

Əgər müraciət edən hüquqi şəxsdirsə o zaman aşağıda göstərilən xanaları daxil etməlisiz: (şəkil 4)

  • Müəssisə rəhbərinin adı
  • Müəssisə rəhbərinin soyadı
  • Müəssisə rəhbərinin atasının adı
  • Hüquqi şəxsin adı
  • Təşkilatı hüquqi forması
  • Hesablaşma-hesabının olduğu bank
  • Hesablaşma-hesabının nömrəsi

Növbəti mərhələdə istifadəçi “Şəxsi məlumatlar” bölməsində yaşayış ünvanını, fəaliyyət ünvanını, ev və ya iş telefon nömrəsini, faks nömrəsini, mobil telefon nömrəsi barədə məlumatları daxil etməlidir. (Şəkil 5)

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.

Növbəti mərhələdə ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədi, yük göndərənin yük alıcısı ilə müqaviləsi və ya bunu əvəz edən sənədi, mənşə sertifikatını və s. sənədləri “Yüklə” düyməsindən istifadə etməklə yükləmək lazımdır. (Şəkil 6)

Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Удалось ли вам получить полезную информацию с этой страницы?

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.