Bu xidmət vasitəsilə Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi mümkündür.
Xidmətdən istifadə etmək üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına daxil ola bilərsiniz. Daha sonra elektron xidmətlərdən siyahısından “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. (Şəkil 2)
İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır.
Növbəti mərhələdə istifadəçi aşağıdakı xanaları doldurmalıdır: (Şəkil 3)
1. Şəxsi məlumatlar
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
2. Hüquqi məlumatlar
- Müəssisə rəhbərinin adı
- Təşkilatı hüquqi forması
- Müəssisə rəhbərinin soyadı
- Hesablaşma-hesabının olduğu bank
- Müəssisə rəhbərinin atasının adı
- Hesablaşma-hesabının nömrəsi
- Hüquqi şəxsin adı
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Daha sonra aşağıdakı sənədləri “Yüklə” düyməsindən istifadə etməklə ərizəyə yükləmək lazımdır. (Şəkil 4)
1. Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) və ona verilən əlavənin surətləri
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilənin surəti
3. Narkotik vasitələr və psixotrop maddələr saxlanılan otağa daxil olmağa icazəsi olan cavabdeh şəxsin əmrinin surəti
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.