SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Bu xidmət vasitəsilə tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiniz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)

“Yeni ərizə”bölməsinə daxil olduqda açılan pəncərədə “Şəxsi məlumatlar” hissəsində aşağıda göstərilən məlumatları qeyd etmək lazımdır: (şəkil 3)

  • Yaşayış ünvanı
  • Fəaliyyət ünvanı
  • Telefon nömrələri
  • Digər əlaqə vasitələri

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.

Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:

  1. Ali təhsil haqqında sənəd (diplom) (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), işə buraxılma haqqında şəhadətnamə də daxil olmaqla)
  2. İxtisaslaşma haqqında sənəd (olduğu halda)
  3. Sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla)
  4. Əmək kitabçası (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
  5. İnternatura, rezidentura və ordinantura keçməsi haqqında sənəd

Lazimi sənədlərin elektron surətini yüklədikdən sonra “Yadda saxla və Təsdiq et” düyməsini vurmaqla ərizəni göndərə bilərsiz. (Şəkil 4)

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Удалось ли вам получить полезную информацию с этой страницы?

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.