“Sertifikasiya buraxılışının əldə edilməsi “ elektron xidmətindən istifadə etmək üçün siz Səhiyyənin İnformaisyalaşdırılması Mərkəzinin rəsmi portalı olan e-health.gov.az saytına daxil olmalısınız. Daha sonra saytın sağ yuxarı küncündən şəxsi profilinizə keçid almalısınız.(şəkil 1)
*QEYD: Əgər saytdan qeydiyyatdan keçməmisinizsə şəxsi profilinizə keçid almaq mümkün olmayacaq. Bunun üçün ilk öncə qeydiyyatdan keçin!
Daha sonra e-xidmətlər menyusuna daxil olmaq lazımdır. (Şəkil 2)
Növbəti mərhələdə elektron xidmətlər siyahısından Tibb işçilərinin Sertifikasiya buraxılışının əldə edilməsi xidmətini seçin. (Şəkil 3)
Yüklənmiş səhifədə 3 (üç) menyu təqdim edilib. Siz müvafiq menyuya (Tibb işçilərinin Sertifikasiya buraxılışının əldə edilməsi) keçid almalısınız. (Şəkil 4)