Bu xidmət vasitəsilə istifadəçilər Respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin profili və göstərilən xidmətlərin siyahısı, ünvanı, telefon nömrələri və digər əlaqə vasitələri, iş rejimi haqqında məlumatları əldə edə bilərlər.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibb müəssisələri barədə məlumatların verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Xidmətə keçid aldıqdan sonra açılan səhifədə axtardığınız müəssisənin ilk öncə yerləşdiyi regionu seçməlisiniz. Daha sonra təqdim olunan siyahıdan müəssisənin adını seçirsiniz. (Şəkil 2)
İstifadəçi,həmçinin səhifədə yerləşdirilmiş xəritədə müəssisənin yerləşdiyi ərazini seçərək də axtarışı həyata keçirə bilər.