Bu xidmət vasitəsilə beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi olunan elektron xidmətlər siyahısından “Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi” elektron xidmətini seçmək lazımdır.(Şəkil 1)
Xidmətə daxil olduqdan sonra açılan pəncərədə istifadəçi şəxsi unikal kodu daxil etməklə sağlamlıq kartı barədə məlumat əldə edə bilər. (Şəkil 2)
Bunun üçün unikal kod xanasında elektron sağlamlıq kartın 12 rəqəmli unikal kodu (şəkil 3) yazıb Göndərmək düyməsi vurulur.
Vətəndaşın elektron sağlamlıq kartındakı məlumatları eyni zamanda e-mail adresinizə göndərə də bilərsiniz. Bunun üçün səhifədə e-poçt xanasına şəxsi epoçtunuzu qeyd edib e-poçta göndər düyməsi vurulur.