Вниманию тех, кто проходил клиническую ординатуру за рубежом с 2011 года: Объявление
2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış və 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanlarının keçirilməsi davam etdirilir. Belə ki, növbəti imtahanlar 4 aprel tarixindən etibarən keçiriləcək.
İmtahanın yeri və keçirilmə tarixi barədə məlumat vətəndaşın imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir.
Qeyd: Qeydiyyatdan keçmiş şəxslər diplomlarının etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra imtahanda iştirak edə bilərlər.