2024/2025-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna omaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra 20.08.2024-23.08.2024, 26.08.2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədlərin əslini və surətini aşağıdakı cədvəldə qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini , əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;
- əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
- xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
- xarici ölkələrdə ali ixtisas tibb təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
№ |
Rezidentura hazırlığı aparan elm, təhsil müəssisələri və klinik bazalar
|
Tarix, vaxt və ünvan |
|
Azərbaycan Tibb Universiteti |
20 avqust saat 10:00-15:00 (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM) |
|
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu |
21 avqust saat 10:00-dan-15:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM) |
|
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu |
|
|
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu |
|
|
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu |
|
|
Mərkəzi Klinika |
|
|
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi |
|
|
Milli Onkologiya Mərkəzi |
22 avqust saat 10:00-dan-15:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM) |
|
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi |
|
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı |
|
|
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi |
|
|
Milli Hematologiya və Transfuziologiya Mərkəzi |
|
|
Respublika Narkoloji Mərkəzi |
|
|
Bakı Sağlamlıq Mərkəzi |
|
|
Psixi Sağlamlıq Mərkəzi |
|
|
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu |
|
|
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu |
|
|
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialı |
23 avqust saat 12:00-dan-15:00-dək (Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti 139) |
|
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu |
26 avqust saat 10:00-dan-15:00-dək (Ünvan: Bakı ş., Müzəffər Həsənov k., 35) |