SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Координационный офис проекта ищет консультантов с опытом работы в сфере здравоохранения для оказания помощи в разработке сопроводительной документации: ОБЪЯВЛЕНИЕ

Agentlik haqqında qısa məlumat:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun (GFATM) Vərəm və HİV/AİDS (İİV/QİÇS) qrantlarının əsas resipiyentidir. Proqramlar Milli Vərəm və İİV ilə Mübarizə Proqramları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Proqramın məqsədi yoluxma, yayılma və ölüm hallarının əhəmiyyətli dərəcədə azaldılması ilə Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşdırılması həmçinin vərəm və İİV-in sosial-iqtisadi yükünün azaldılmasından ibarətdir.

Layihə Əlaqələndirmə Bürosu (LƏB) Azərbaycan Respublikasının QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fonda müraciət etməsi üçün dəstəkçi sənədlərin işlənib hazırlanmasına kömək etmək məqsədilə vərəm, HİV və səhiyyə sahəsində təcrübəsi olan məsləhətçilər axtarır.

Məqsədlər:

Ölkənin bacarıq səviyyəsinin gücləndirilməsində və Azərbaycan Respublikasında milli əməkdaş təşkilat, MVP (Milli Vərəm Proqramı), MQP (Milli QİÇS Proqramı) və QF-un (Qlobal Fond) layihə əlaqələndirmə bürosu ilə dialoq prosesinin dəstəklənməsində İşçi Qrupuna texniki yardım göstərmək və kömək etmək. Bunun nəticəsində vərəm və İİV ilə bağlı müraciətlər üçün aşağıdakı sənədlər hazırlanacaq:

  • Maliyyələşmə üçün Müraciət Ərizə Forması
  • Proqram Boşluqları Cədvəl(lər)i
  • Maliyyələşmə Şərtlərinin Cədvəl(lər)i
  • İşlərin İcrası Çərçivəsi
  • Büdcə
  • Digər dəstəkçi sənədlər

Xüsusi tapşırıqlar:

Azərbaycanda yerli işçi qrupu, LƏB, MVP, MQP və Səhiyyə Nazirliyi ilə birlikdə mövcud olan bütün əsas sənədlərdən (ÜST-nin missiya hesabatları, MVP icmal hesabatları və son hazırlanmış Milli Strateji Plan və digərləri) istifadə etməklə kənar məsləhətçi:

  • iştirakçılar arasında ixtisas boşluqlarını aradan qaldırmaq və proqramın nəzərdən keçirilməsini, boşluqların təhlilini, konsepsiya qeydini tamamlamaq üçün ehtiyacların prioritetləşdirilməsinə dəstək vermək üçün Azərbaycanda yerli işçi qrupu və vərəm və HİV ilə mübarizə sahəsində fəaliyyət göstərən əsas maraqlı tərəflərlə işləyəcək;
  • tərəfdaş təşkilatların missiyaları və təhlilləri ilə müəyyən edilmiş bütün prioritet məsələlərin müzakirə olunmasına və tərtib edilməsinə dəstək göstərəcək;
  • ölkəyə aid məlumatların tərtib edilməsinə kömək edəcək.

Kontraktın müddəti:

Kontraktın müddəti 2023-cü ilin yanvar – iyun aylarını əhatə edir.

Tələb olunan bacarıqlar və ixtisaslar

  • İqtisadiyyat, tibb, səhiyyə, rabitə, beynəlxalq münasibətlər də daxil olmaqla, müvafiq təcrübə sahələrində diplomdansonrakı təlim və ya dərəcə
  • Vərəm və HİV/AİDS-in profilaktikası və xidmətlərin proqramlaşdırılması, xərclərin hesablanması və resurs ehtiyaclarının qiymətləndirilməsi və məlumatların təhlili sahəsində ən azı 5 il iş təcrübəsi
  • Müvafiq texniki sahələrə / məsələlərə dair sabit və etibarlı bilik və onların başa düşülməsi; vərəm və İİV/QİÇS, sağlamlıq, inkişaf və ətraf mühitlə bağlı milli, beynəlxalq və ya çoxtərəfli proqramlar və layihələr üçün məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə
  • Töhfə sənədlərini yekun yazılı məhsula birləşdirmək bacarığına malik olaraq güclü təşkilatçılıq, analitik və əlaqələndirmə bacarıqları
  • Məlumatları bir neçə mənbədən təhlil etmək, şərh etmək və birləşdirmək bacarığı
  • Analitik hesabatları yazmaqda təcrübəyə malik olmaq
  • Qoyulan son tarixlərə əməl etmək bacarığı
  • Yüksək səviyyədə yazı bacarığı ilə mükəmməl İngilis dili biliyi. Rus dili biliyinə üstünlük verilir.

Təmin olunan sənədlər:

Bu vəzifə məsləhətçi tərəfindən müvafiq sənədlər ilə birlikdə yerinə yetirilməli olan bir neçə tapşırıq kimi nəzərdə tutulur. Aşağıdakı icmal planı İşçi Qrupu ilə məsləhətləşmə aparmaqla məsləhətçi tərəfindən təklif olunur və yekunlaşdırılır.

Sənədlər:

  1. Maliyyələşmə üçün Müraciətin layihəsi
  2. Maliyyələşmə üçün Müraciətin son versiyası və bütün dəstəkçi sənədlər

Xidmət haqqı və ödəniş

Məsləhətçiyə bütün tapşırıqların vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsi nəzərə alınmaqla xidmət haqqı ödəniləcək. Məsləhətçi bu tapşırıqla bağlı səyahət və yaşayış xərclərini, o cümlədən BMT-nin tələblərinə uyğun olaraq Azərbaycan üçün gündəlik xərcləri ödəmək üçün vəsaitlə təmin olunacaq. Tapşırığın uğurla təqdim edilməsindən sonra məsləhətçiyə ödəniş Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən elektron köçürmə yolu ilə həyata keçiriləcək.

Elanla maraqlananlar öz təkliflərini aşağıdakı formatda 26 dekabr 2022-ci il tarixində saat 17:00-a qədər tender@gfatm.az ünvanına təqdim etməlidirlər:

1. Qoşma məktub

2. Təfsilatlı texniki təklif

3. Qiymət təklifi

4. Xüsiyyətnamələr

Əlaqə nömrəsi: +99412 4982032

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.