SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Satınalma, logistika və sağlamlıq məhsullarının idarə edilməsi üzrə mütəxəssisin əsas vəzifə və öhdəliklərinə aşağıdakılar daxildir:

1. Azərbaycan Respublikasında Vərəm / İİV / COVİD-19 proqramlarına Qlobal Fond tərəfindən ayrılan qrant vəsaiti üzrə satınalma, daşınma (son istifadəçiyə çatdırılması) və sağlamliq məhsullarinin idarə edilməsi ilə bağlı işlərin yerinə yetirimək:

  • Sağlamlıq məhsullarından ibarət siyahıların hazırlanmasından Qlobal Fond qrantı dövrü ərzində Layihə Əlaqələndirmə Bürosuna (“LƏB”) məsləhətlər vermək və Satınalmalar haqqında Azərbaycan Respublikasının Qanununa və Qlobal Fondun satınalma qaydalarına uyğun olaraq Satınalmaya dair Fəaiyyət Planlarının hazırlanmaq, həyata keçirilmək və monitorinqini aparmaq;
  • Qlobal Fonda maliyyələşmə ilə bağlı təkliflərin hazırlanmasında, həmçinin müraciətlərin yenidən proqramlaşdırılması, proqramın məqsədləri və fəaliyyətləri əsasında satinalma və təchizatin idarə olunması (“PSM(Procurement and Supply Management)) büdcələrinin hazırlamaq;
  • Sağlamlıq məhsullarının satın alınması və təchizat zəncirinin idarə olunması sahəsində riskləri müəyyənləşdirmək və təsirin azaldılması strategiyalarını hazırlamaq;
  • Bütün icra mərhələlərində tədbirlərin vaxtında görülməsini təmin etmək üçün Qlobal Fond layihəsi üzrə satınalma fəaliyyətlərini təşkil etmək və əlaqələndirmək;
  • Qlobal Fondun Vərəm / İİV / COVID-19 proqramları əsasında PSM üzrə Qlobal Fondun satınalmalarla məşğul olan maraqlı tərəfləri, milli və beynəlxalq satınalma agentlikləri ilə əlaqə saxlamaq;
  • Tibbi mal və ləvazimatlarla bağlı beynəlxalq şirkətlərlə əlaqələr qurmaq və əməkdaşlıq yaratmaq, tərəfdaşların cəlb edilməsi istiqamətində danışıqlar aparmaq.

2. Azərbaycan Respublikasının milli satınalma prosedurlarının və Qlobal Fondun satınalma qaydalarının yerinə yetirilməsini təmin etmək:

  • “Wambo”, “UNDP”, “GDF” və digər platformalarda birləşdirilmiş beynəlxalq satınalma mexanizmləri çərçivəsində satınalma işlərinə rəhbərlik etmək;
  • Tender prosesini və digər müqavilə sənədlərini təşkil etmək;
  • Tender təkliflərinin qiymətləndirilməsi prosesində, eləcə də müqavilələrin bağlanması üçün tövsiyələrin hazırlanmasında iştirak etmək;
  • Akkreditivlərin açılmasında, ödəniş tapşırıqlarının və ödəniş tələblərinin yaradılmasında LƏB-in maliyyə işçilərinə köməklik göstərməklə satınalma müqavilələrinin icrasını asanlaşdırmaq;
  • Layihə əsasında alınan / razılaşdırılan avadanlıqların, malların, işlərin və xidmətlərin təmin olunmasına nəzarət etmək,malların təhvil-təslim aktlarının saxlanılmasına cavabdehdir ;
  • Gedişatla bağlı hesabatların, layihənin tamamlanmasına dair hesabatın və LƏB Direktoru tərəfindən tələb olunan hər hansı digər hesabatların hazırlanmasında iştirak etmək;
  • Layihə çərçivəsində alınan bütün malların / məhsulların sığortasını təşkil etmək;
  • Beynəlxalq idxal-ixrac və daxili əməliyyatlar üçün optimal logistikanı təşkil etmək;
  • İdxal və daşınma zamanı gömrük rəsmiləşdirməsi üçün gömrük əməkdaşına təqdim olunacaq yük sənədlərini (Hesab-faktura, Qablaşdırma siyahısı, Mənşə Sertifikatı, CMR, Müqavilə və s.) yoxlamaq;
  • Layihə çərçivəsində satınalması həyata keçirilmiş əsas vəsaitlərin son məntəqəyə paylanmasına və istifadəzsinə nəzarət etmək.
  • Sub-resipiyentlərə malların göndəriş prosesinə əvvəldən axıra qədər nəzarət etmək, çatdırılmaların vaxtında təmin edilməsi,maların dövriyyəsinə və anbarda saxlanmasına nəzarət etmək, tranzaksiya məsələl və mal-materialların ərinin həlli və mühüm məlumatların toplanması üçün beynəlxalq təchizatçılar, daşıyıcılar və ekspeditorlarla gündəlik yazışmalar aparmaq;
  • Bazar təhlili, daxili və xarici bazarlarda tələb olunan materialların araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili.

Müvafiq sahədə minimum iş təcrübəsi

Səhiyyə proqramları üzrə satınalma və təchizat zəncirinin idarə edilməsi sahəsində magistr dərəcəsi ilə minimum 5 il, bakalavr dərəcəsi ilə isə minimum 7 il uğurlu iş təcrübəsi və ya ən azı 3 il beynəlxalq təcrübə.

Tələb olunan bacarıqlar

  • Milli satınalma qayda və prosedurlarını bilmək
  • Sağlamlıq məhsullarına dair beynəlxalq satınalma siyasətləri və prosesləri ilə tanışlıq
  • Səhiyyə sahəsində satınalma planlarının hazırlanmasında bilik və təcrübə
  • Sağlamlıq məhsullarının kəmiyyətinin müəyyən edilməsində milli xəstəlik proqramları ilə iş təcrübəsi
  • PSM sahəsində milli və / yaxud beynəlxalq sağlamlıq proqramlarında iş təcrübəsi
  • Mürəkkəb məsələlərin həll olunmasında liderlik bacarığı
  • Ölkə səviyyəsində və beynəlxalq tərəfdaşlarla işlərə rəhbərlik etmək, belə işlərdə əməkdaşlıq etmək və onları əlaqələndirmək.

Tələb olunan dil bacarıqları:

İngilis dili – səlis, Azərbaycan dili – iş səviyyəsində və Rus dili – yaxşı iş səviyyəsində arzuolunandır

Müqavilənin növü : Xidməti

Əmək haqqı səviyyəsi: 3000 manata qədər

Elanla maraqlananlar öz təkliflərini aşağıdakı formatda 03 iyun 2024-cü il tarixində saat 17:00-a qədər project@gfatm.az ünvanına təqdim etməlidirlər:

1. Qoşma məktub

2. Təfsilatlı texniki təklif

3. Qiymət təklifi

4. Xüsiyyətnamələr

Əlaqə nömrəsi: +99412 4982032

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.