Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilati dəstəyi ilə Bakıda II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir.

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və beynəlxalq konqresin təşkil olunmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insanların sağlamlığının qorunması istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsini vurğulayan nazir müavini bildirib ki, əhaliyə göstərilən hematoloji və transfuzioloji yardımın təkmilləşdirilməsi də daimə dövlətimizin diqqət mərkəzindədir: “Belə ki, Milli Məclis tərəfindən qanın irsi xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı və qan donorluğunun, qan xidmətinin inkişafı barədə qanunlar qəbul edilib, Nazirlər Kabineti isə qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına, hemofiliya və talassemiya ilə mübarizəyə və qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə dair dövlət proqramları təsdiq edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi inşa edilib. Ən müasir avadanlığın quraşdırıldığı Mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, eyni zamanda ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunub”.

“Əminəm ki, beynəlxalq konqres hematologiya və transfuziologiya sahəsində eksperimental və klinik araşdırmalarda ən son nailiyyətlərlə tanış olmaq imkanı yaradacaq və hematologiya sahəsində beynəlxalq elmi əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək”, - deyə nazir müavini fikrini tamamladı.

Konqresdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin ənənə halını aldığını bildirdilər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə daim diqqət yetirdiyi vurğulanıb, irsi qan xəstəlikləri ilə mübarizədə görülən işlərdən, hematologiya sahəsində gen səviyyəsində elmi tədqiqatlar aparıldığı, həmçinin qəbul olunan dövlət proqramlarından danışılıb.

Konqresin sədri, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçi direktoru Valeh Hüseynov beynəlxalq tədbirdə 20-ə yaxın ölkədən 500-dən çox mütəxəssisin iştirak etdiyini bilidirdi: “Konqres çərçivəsində bu sahə üzrə 132-i mütəxəssinin məruzələri 20 paneldə dinləniləcək. Həmçinin “Flow cytometry və Genetika” kursu və “Tibb Bacıları Simpoziumu” (II TBS) keçiriləcək”.

Beynəlxalq konqres öz işini panel sessiyalarla davam etdirib. Mövzu ilə bağlı suallar verilib, müzakirə aparılıb.

II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi öz işini noyabrın 19-da başa vuracaq.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.