Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə əhali üçün maarifləndirici təşviqat aksiyası keçirilib. Yerli sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə və narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı olub.

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiya iştirakçılarına sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib.

Tədbir zamanı təşkilatçılar tərəfindən vurğulanıb ki, narkotik maddələr tələdir, bu tələyə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib, onlara Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə olunub.

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.