Elektron səhiyyə (e-sehiyye.az) saytı yenilənmiş formatda istifadəyə verilib

“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən yenilənmiş Elektron səhiyyə (e-sehiyye.az) saytı istifadəyə verilib.

Səhiyyə sahəsində informasiya texnologiyaların ölkədə tətbiqinin, bu sahədə dünyada olan yeniliklərin işıqlandırılması və əhaliyə təqdim olunan elektron xidmətlərin təqdim edilməsi məqsədilə 2008-ci ildən etibarən Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” internet portalı fəaliyyət göstərir. Hazırda “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən portalın yeni versiyası istifadəyə verilib.

Portalda nazirlik tərəfindən həyata keçirilən yeni layihələr, elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları barədə məlumatlar yerləşdirilib.

Vətəndaşların və tibb işçilərinin xidmətlərdən istifadəsi, özlərinə aid tibbi məlumatlarının bir mənbədən əldə edilməsi üçün şəxsi kabinet yaradılıb.

Kabinetə qeydiyyat və giriş “Asan login” sistemi ilə həyata keçirilir. Kabinetə vətəndaşların tibbi məlmuatları yaxın gələcəkdə bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri kabinet vasitəsilə praktik tibb fəaliyyəti barədə məlumatları əldə edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər.

Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti səhiyyə sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər təkmilləşdirilir, baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Размер шрифта

Цветовая схема

Фотографий

Интервал между буквами

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.