Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri “Sağlam ürək” aksiyası keçiriblər (FOTO)
14-15 dekabr 2019 tarixində Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin həkim kollektivi Lənkəranda “Sağlam ürək” aksiyası keçiriblər. Aksiyanın keçirilməsində məqsəd regionlarda yaşayan vətəndaşların müayinəsi, xəstəliyinin vaxtında aşkarlanması və müalicəsidir.
Rayon Mərkəzi Xəstəxanasında baş tutan aksiya zamanı ürək və damar xəstəliklərindən əziyyət çəkən rayon sakinləri aksiyada müayinə olunublar.
Aksiya zamanı 100-dən çox xəstə müayinə olunub. Xəstələrdə EKQ, exokardioqramma müayinələri aparılıb. Aşkarlanan xəstəliklərə görə müalicə və məsləhətlər verilib.
Ağır ürək xəstəliyi aşkar olunan vətəndaşlar mərkəzə dəvət olunublar.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı