Dekabrın 20-də Biznes Mühiti Və Beynəlxalq Reytinqlər üzrə Komissiyanin “Səhiyyə” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.

İclasda işçi qrupunun, əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti, eyni zamanda Sağlam qidalanma və sağlam həyat tərzi sahəsində aparılmış islahatlar, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verilib. Həmçinin reabilitasiya infrastrukturu DALY indeksi və COVID-19-la bağlı statistikaya təsiri, ölkəmizdə bu sahədə aparılmış sorğu və tədqiqatlar və bu göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.

İclasda Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi, Azərbaycan Respublikası Dövlət Statistka Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə sağlam həyat tərzinin təbliği və bu sahədə aktual problemləri ətrafında fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirəsi nəzərdə tutulan məsələlər razılaşdırılıb.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.