Mayın 17-də “Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı” adlı mövzuda seminar keçirilib. Seminar Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında aparılan əməkdaşlığa uyğun olaraq Elektron Səhiyyə Strategiyası və Tibbi İddiaların İdarə Edilməsi Sisteminin İnkişafı üzrə Texniki Yardım Layihəsi çərçivəsində təşkil olunub. Seminarın məqsədi Dünya Bankının Azərbaycanda 2022-2026-cı illəri əhatə edən “Milli Səhiyyə İnformasiya Strategiyası” layihəsi ilə bağlı texniki tövsiyələrinin verilməsi və rəqəmsal məlumatların mübadilə nəticələrinin təkmilləşdirilməsi üçün tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsidir.

Açılış nitqi ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, müasir dünyada hər bir sahədə olduğu kimi səhiyyə sisteminin də rəqəmsallaşması çox vacibdir: “Səhiyyə sisteminin rəqəmsallaşması ilə biz daha sistematik nəticələr əldə edə və əhaliyə daha keyfiyyətli xidmət göstərə bilərik. Məlumatların düzgünlüyü və şəffaflığı qərar vermə prosesində böyük rol oynayır. Buna görə də biz icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq mərhələsində çalışdıq ki, mümkün qədər çox səhiyyə sisteminin elektronlaşdırılmasına nail olaq. Bu məqsədlə tibb müəssisələrinə internet xətləri çəkildi, daxili kabelləşmə işləri aparıldı, tibb müəssisələri kompüter avadanlıqları ilə təchiz olundu. Artıq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydiyyat vahid platforma üzərindən aparılır”.

İdarə Heyətinin sədri qeyd edib ki, layihənin komponentlərindən biri tibbi iddiaların idarəolunması sisteminin təkmilləşdirilməsi ilə bağlıdır: “Bu sistem vasitəsilə xəstəxanalardan Agentliyə elektron reyestrlər daxil olur və müvafiq ödənişlər həyata keçirilir. Təbii ki, qısa zamanda qurulan yeni bir sistemin təkmilləşdirilməsi üçün bir çox məsələlərə yenidən baxılmalıdır. Hesab edirəm ki, Dünya Bankının mütəxəssislərinin verəcəyi tövsiyələr bu işə öz töhfəsini verəcək”.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov XXI əsrin tələblərindən birinin səhiyyənin rəqəmsallaşdırılması olduğunu söyləyib: “Tibbi məlumatlara həm pasiyentlərə aid informasiya, həm də maliyyə məsələləri daxildir. Bütün bunlar birlikdə böyük məlumat bazasını təşkil edir. Məlumat bazasının idarəolunması və digər bazalarla mübadiləni təmin etmək əslində səhiyyənin rəqəmsallaşdırılmasının əsasını təşkil edir. Burada əsas çağırışlardan biri fərdi tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır. Belə ki, böyük verilənlərin müəssisələr və ölkələr arasında mübadiləsi təhlükəsizliyin və dayanıqlığın təmin olunması, eləcə də kibercinayətkarlıq kimi məsələləri ortaya qoyur”.

Nazir müavini vurğulayıb ki, sözügedən məsələlərin həll olunması çox əhəmiyyətidir: “Bütün bunların həyata keçirilməsi üçün böyük işlər görülməlidir. Bu işlərin bir qismi artıq Səhiyyə Nazirliyi və Agentlik tərəfindən həyata keçirilib. Səhiyyənin rəqəmsallaşdırılması davamlı prosesdir. Çünki informasiya texnologiyaları sürətlə dəyişir və səhiyyənin rəqəmsallaşdırılması üçün tətbiq edilən vasitələr də hər il təkmilləşir”.

Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib ki, səhiyyə və insan kapitalının inkişafı Dünya Bankının təkcə Azərbaycanda deyil, bütün dünyada əsas prioritetlərindən biridir: “Səhiyyə və insan kapitalının inkişafı həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə müəyyən olunmuş istiqamətlərə uyğundur. Burada Azərbaycan vətəndaşlarının rifah halının və inklüzivliyin gücləndirilməsi, uzunömürlülük və sağlam həyat tərzi, rəqabətli insan kapitalının formalaşdırılması kimi məsələlər xüsusilə vurğulanır. Ötən ildən etibarən bu istiqamətdə Azərbaycan hökumətinin təşəbbüsü ilə Səhiyyə Nazirliyi, Agentlik, TƏBİB və digər dövlət qurumları ilə əməkdaşlıq etməkdən qürur duyuruq”.

Daha sonra Dünya Bankının mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Ekspertlər tibbi iddiaların idarə edilməsi sisteminin təhlilinə dair nəticələri və Azərbaycan səhiyyə sistemində rəqəmsal verilənlərin mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim ediblər.

Seminarda Səhiyyə Nazirliyi, Agentlik və TƏBİB-in məsul əməkdaşları iştirak ediblər. Təqdimatlardan sonra qiymətləndirmənin nəticələrinə dair panel müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə səhiyyə, qidalanma və əhali sahəsində Praktikasının Meneceri Tania Dmitraçenkonun rəhbərlik etdiyi missiya 16 - 23 may tarixləri arasında Azərbaycanda səfərdədir.

Səfər müddətində nümayəndə heyəti Səhiyyə Nazirliyi, Agentlik, TƏBİB və digər maraqlı tərəflərlə görüşlər keçirəcəklər. Görüşlərdə səhiyyə sahəsində rəqəmsal verilənlərin mübadiləsi, elektron səhiyyə ilə bağlı mövcud institusional mexanizmlər, tibbi məlumatların toplanılması, saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair hazırkı normativ-hüquqi aktlar və Elektron Səhiyyə üzrə Milli Strategiyanın layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Nümayəndə heyəti həmçinin tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminin mövcud vəziyyəti ilə əyani tanış olmaq üçün ilkin səhiyyə xidməti və stasionar tibbi xidmət üzrə fəaliyyət göstərən tibb müəssisələrinə baş çəkəcəklər. Ekspertlərin tibbi məlumatların emalı prosesi ilə yaxından tanış olmaları üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında da görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.