SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi“ İşçi qrupunun video- konfrans formatında növbəti iclası keçirlib.
İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Rasim İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda Fəaliyyət Planı üzrə icra edilən fəaliyyətlərin nəticələrinə dair müzakirələr və təhlillər aparılıb. Həmçinin, 2024-cü il üzrə Fəaliyyət Planının 6 aylıq hesabatının yekunlarına dair Səhiyyə Nazirliyi və əsas icraçı qurumlar tərəfindən məruzələr dinlənilib.
Görüşdə ümumtəhsil məktəblərində psixoloqların ümumi sayı, bu sahə üzrə statistik göstəricilərə dair məlumatlar verilib. Bundan əlavə, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə 2023-cü il və 2024-cü ilin 6 ayı ərzində reabilitasiya xidmətləri üzrə statistikaya dair məlumatlar işçi qrup üzvlərinə təqdim edilib.
İclasın sonunda işçi qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.