SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycanda səfərdə olan Rusiya səhiyyə naziri Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının bazasında fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.

Diqqətə çatdırılıb ki, Seçenov Universitetinin Bakı filialının Təlim və Simulyasiya Mərkəzinin gələcək həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb.

Təlim və Simulyasiya Mərkəzi praktik təlim və əldə edilmiş bacarıq və qabiliyyət səviyyəsinin qiymətləndirilməsi üçün ən müasir texnologiyalara malikdir. Simulyasiya Mərkəzinin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanıblar.

Daha sonra rusiyalı nazir Mərkəzin endoskopiya, UZİ, ginekologiya, reanimasiya, ilk yardım və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyalari izlədilər ve öz resursları ilə bölüşdülər.

Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən Mixail Muraşko, Mərkəzin kollektivinə yeni uğurlar arzuladı.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.