Ölümdən sonra donor olmaq üçün nə etmək lazımdır?
Ölümdən sonra donor olmaq üçün iki əsas üsul var: ərizə ilə müraciət və onlayn qeydiyyat. Ərizə ilə donor olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə yaxınlaşaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş ərizə formasını doldurmalıdırlar. Mərkəzin ünvanı: Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi 107, G bloku, 8-ci mərtəbədir. Müraciətlər yalnız iş günləri, yəni bazar ertəsindən cümə gününə qədər, saat 08:00-dan 17:00-dək qəbul olunur.
Alternativ olaraq, donor olmaq istəyən şəxslər www.odtkm.gov.az rəsmi internet səhifəsinə daxil olub, “Donor ol” bölməsində yerləşdirilmiş elektron formanı dolduraraq onlayn şəkildə qeydiyyatdan keçə bilərlər.