Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Özəl tibb müəssisələri

Tibb işçisi olmayan şəxslər yoxlamalar zamanı necə müəyyən olunur və məsuliyyəti nədir?

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ARQ-nin tələbinə əsasən plan üzrə və plandankənar yoxlamalar zamanı yoxlayıcılar tərəfindən özəl tibb müəssisələrinə dair sənədlər araşdırılır və aktlaşdırılır. Özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə əmək müqaviləsi bağlamalıdır, lakin yoxlamalar zamanı aydın olur ki, bəzi müəssisələr öz tibbi heyəti ilə əmək müqaviləsi bağlamadan əməkdaşlıq edir. Yoxlayıcılar tərəfindən müəssisənin tibbi personalına dair şəxsi işlər araşdırılır və əmək müqaviləsi bağlanılmış şəxslərin məlumatlarının Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrində mövcud olub olmadığı müəyyən edilir. Bu zaman bir neçə halla qarşılaşılır:

1. Müəssisənin tibb işçisi (həkim və ya tibb bacısı/qardaşı) müvafiq diploma və sertifikasiya şəhadətnaməsinə ümümiyyətlə, malik deyil. Tibb təhsili yoxdur;

2. Müəssiəsnin tibb işçisi müvafiq diploma malik olsa da, sertifikasiyadan keçməyib və ya sertifikasiya şəhadətnaməsinin müddəti bitib.

Əgər işçi ilə əmək müqaviləsi bağlanılmayıbsa, bu zaman tibb müəssisəsinə məxsus qeydiyyat sənədləri, pasiyentlərin şəxsi vərəqələrinə baxılır. Bildiririk ki, pasiyentə tətbiq edilmiş bütün müayinələr, analizlər, müalicə metodları və nəticələrinin qeydiyyatı aparılmalıdır. Bu baxış zamanı pasiyentin qeydiyyat sənədlərində müəssisənin işçisi kimi qeyd edilməyən, lakin sənədlərdə adı keçən şəxs aşkar edilərsə, müvafiq reyestr vasitəsilə araşdırılır.

Əlavə olaraq, vətəndaşların, dövlət orqanlarının və ya media subyektlərinin konkret tibbi fəaliyyətlə məşğul olan şəxs barəsində əsaslandırılmış  müraciəti nəticəsində faktlar araşdırılır və aşkar edilir. İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmçinin İXM-in 215.4-cü maddəsinə əsasən Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Özəl tibb müəssisələrində göstərilən tibbi xidmətdən vətəndaşlar tərəfindən necə şikayət verilə bilər?

AR Konstitusiyasının 41-ci maddəsinə əsasən Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” ARQ-nin tələblərinə əsasən Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)  və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Özəl tibb müəssisələrində göstərilən xidmət pasiyent və tibb müəssisəsi arasında bağlanılmış müqavilə həcmində həyata keçirilir. Əgər vətəndaş özəl tibb müəssisəsində ona göstərilmiş tibbi xidmətdən razı deyilsə, Analitik Ekspertiza Mərkəzinin rəsmi veb səhifəsində (https://pharma.az/) “Müraciət” hissəsi vasitəsilə, Mərkəzin Bir pəncərə xidməti vasitəsilə yazılı formada müraciət edə bilərlər. Həmçinin Mərkəzin Qaynar xətt xidməti vasitəsilə öz sorğu və şikayətlərini ünvanlaya bilərlər.

Əgər şəxsin müraciəti vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdırsa, hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Özəl tibb müəssisələrinin və tibbi xidmət göstərilməsi ilə bağlı reklam edən şəxslərin fəaliyyətlərinə nəzarət necə həyata keçirilir?

“Reklam haqqında Qanunun”  2.0.1-ci bəndinə əsasən – istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat reklam hesab edilir. “Dərman vasitələri haqqında” ARQ-nin 16-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. İXM-in 428-ci maddəsinə görə tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmrilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydalarının” VI bəndinə əsasən:

“Həkimlərin tibbi xarakterli nəşrlərdə, elmi forum və ictimai çıxışlarında, habelə media ilə maarifləndirmə fəaliyyətində etik normalara əməl etməsi, çıxışların yalnız elmi-praktik məzmun daşıması, reklam və qeyri-sağlam rəqabət elementləri daşımaması tələb olunur. Həkim öz vəzifəsindən digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.

Son yenilənmə tarixi : 2025-09-09 09:56
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.