SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Xarici diplomların tanınması ilə bağlı

Mən xarici ölkədə tibb təhsili almışam. Azərbaycanda fəaliyyət göstərmək üçün nə etməliyəm?

Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, tibb və əczaçılıq işçilərinin Azərbaycanda praktik tibb fəaliyyətinə  buraxılması üçün müraciətlər Səhiyyə Nazirliyinin internet saytında (www.health.gov.az) yerləşən “Elektron xidmətlər” bölməsi üzrə qəbul olunur. Bununla bağlı həmin xidmətdən istifadə edərək elektron müraciət olunmalıdır.

Mən xarici ölkədə işləmək üçün Səhiyyə Nazirliyindən Azərbaycan Respublikasında tibb fəaliyyətimə məhdudiyyət qoyulmaması barədə arayış almalıyam. Bununla bağlı hansı sənədlərlə müraciət etməliyəm?

Azərbaycan Respublikasının ərazisində tibb işçisi kimi fəaliyyət göstərməyə Səhiyyə Nazirliyi tərəfindən məhdudiyyət qoyulmaması ilə bağlı vətəndaş ərizə ilə müraciət etməlidir. Ərizəyə müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsinin, tibb təhsili barədə diplomun, ixtisaslaşma sənədinin və əmək kitabçasının (qeyd: işlədiyi halda iş yerindən təsdiq olunmuş surəti)) surətlərini əlavə etməlidir. Müvafiq sorğular göndərilib cavablar alındıqdan sonra arayış ərizəçiyə təqdim edilir.

Mən registr kodu almaq üçün hansı sənədləri təqdim etməliyəm?

Tibb kadrlarının vahid registrində təhsil məlumatlarının qeydə alınması üçün vətəndaş ərizə ilə müraciət edərək müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsinin, tibb təhsili barədə diplomun, ixtisaslaşma sənədinin və əmək kitabçasının (qeyd: işlədiyi halda iş yerindən təsdiq olunmuş surəti)) surətlərini ərizəyə əlavə etməlidir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.