Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bəturə Məmmədova Cümşüd

Bildirirəm ki, 1964-cü il təvəllüdlüyəm. 3 övlad anasıyam. Həyat yoldaşım vəfat etmişdir. Dul qadınam. Tərtər şəhər sakiniyəm.
Hörmətli Nazir. Mən hər iki diz oynağının artrozu xəstəliyindən əziyyət çəkirəm. Hərəkət edə bilmirəm. Yataq xəstəsiyəm. Bununla bağlı hörmətli Mehriban xanıma müraciət etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Travmotologiya və Ortopediya institutunda müayinə edilmiş, mənə iki diz oynağımın artrozu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili Şöbəsinin 618 saylı 10.05.2018-ci il tarixli məktubuna əsasən cərrahi əməliyyat üçün məni növbəyə yazmışlar. Mən ağrılardan yata bilmirəm. Mənə bildirmişlər ki, 2 il növbədə dayanmalısan. İki ildən sonra əməliyyat oluna bilərsiniz.
Xahiş edirəm ailəmin maddi durumunu, səhhətimin ağır olmasınınəzərə alıb mənim Dövlət hesabına qısa müddətdə əməliyyat olunmağıma köməklik edəsiniz.

Sizin müraciətiniz icraya götürülmüşdür ( qeydiyyat № M-7391/10) əlavə məlumatı 4412603 daxili 316 nömrəsindən ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..