Radioaktiv maddə və materialların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi
Bu xidmət vasitəsilə Radioaktiv maddə və materialların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi üçün elektron müraciət etmək olar.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Radioaktiv maddə və materialların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir.(Şəkil 2)
İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. “Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şəkil 3)
Yeni ərizə” bölməsinə daxil oduqda açılan pəncərədə istifadəçi bölməsində aşağıdakı xanalar doldurulmalıdır:
1. Şəxsi məlumatlar
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
2. Obyekt haqqında məlumatlar
- Layihəsi baxılan obyektin təyinatı
3. Tibbi müayinədən keçməyiniz haqqında məlumat
(Şəkil 4)
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Növbəti mərhələdə nəqliyyat vasitələrinin texniki pasportunun elektron formada surətini və istehsalçıdan mənbələrin texniki xarakteristikasını təsdiq edən sənədin elektron formada surətini “Yüklə” düyməsindən istifadə etməklə yükləməlidir. (Şəkil 5 )
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.