Tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Bu xidmət vasitəsilə Tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)
“Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumatı seçimlə qeyd edib davam etməlidir. (Şəkil 3)
İstifadəçi fiziki şəxs olarsa aşağıdakı xanalar doldurulmalıdır:
1.Şəxsi məlumatlar:
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
2.Obyekt haqqında məlumatlar
- Layihəsi baxılan obyektin təyinatı
(Şəkil 4)
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Növbəti mərhələdə isatifaəçi aşağıda qeyd edilən sənədləri “Yüklə” düyməsindən istifadə etməklə yükləməlidir:
- Tikintinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamının elektron formada surəti
- Layihələndirmə tapşırığının elektron formada surəti
- Tikinti aparılan torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair dövlət sanitariya-epidemioloji xidmətin rəyinin elektron formada surəti
- Su təchizatı, kanalizasiya, istilik və enerji təchizatı sistemlərinin xarici şəbəkələrə qoşulması haqqında texniki şərtlərin elektron formada surəti
- Tikinti işlərinin təşkili layihəsinin elektron formada surəti
- İşçi layihənin ümumi izahat yazısı, situasiya və baş planının elektron formada surəti
- Layihənin memarlıq, konstruksiya (liftlər, daxili bəzək işləri) və mühəndis kommunikasiyaları (xarici və daxili su təchizatı, kanalizasiya, istilik, ventilyasiya, elektrik təchizatı) bölmələri
- Texniki avadanlıqların və cihazların yerləşməsi sxemi
- Yaşayış və ictimai binalar üzrə insolyasiya hesablamaları
- Mikroiqlim göstəricilərinin, səs-küy, vibrasiya və elektromaqnit şüalanması səviyyələrinin hesablamaları
- Tullantıların idarə olunması üsulları
(Şəkil 5)
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur. Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.