Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi
Bu xidmət vasitəsilə yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məhsulların etiketdə yerləşdirilməsinə icazə məktubunun əldə edilməsi mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məhsulların etiketdə yerləşdirilməsi” elektron xidməti seçmək lazımdır. (Şəkil 1)
Daha sonra açılan yeni səhifədə ərizələriniz haqqında məlumat və yeni ərizə göndərə bilərsiz. Ərizə göndərmək üçün “Yeni ərizə” düyməsinə vurmaq lazımdır. (Şəkil 2)
Müraciət edənin hüquqi və ya fiziki şəxs olduğunu qeyd etməlisiz. (Şəkil 3)
Əgər müraciət edən hüquqi şəxsdirsə o zaman aşağıda göstərilən xanaları daxil etməlisiz: (şəkil 4)
- Müəssisə rəhbərinin adı
- Müəssisə rəhbərinin soyadı
- Müəssisə rəhbərinin atasının adı
- Hüquqi şəxsin adı
- Təşkilatı hüquqi forması
- Hesablaşma-hesabının olduğu bank
- Hesablaşma-hesabının nömrəsi
- Qidanın xüsusiyyəti
- Qidanın adı
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Şəxsi məlumatlarda yaşayış ünvanını ,fəaliyyət ünvanını və əlaqə vasitələrini qeyd etmək lazımdır. (şəkil 5)
Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir
- Ərizədə qeyd olunan obyektdə konkret fəaliyyət növü üçün dövlət sanitariya nəzarəti orqanının icazə məktubunun elektron formada surəti.
- Yeyinti məhsulunun müalicəvi və ya pəhriz olmasının elmi əsasndırılması barədə aidiyyəti elmi müəssisəsinin rəyinin elektron formada surəti.
Lazimi sənədlərin elektron surətini əlavə etdikdən sonra “Yadda saxla və Təsdiq et” düyməsini vurmaqla ərizəni göndərə bilərsiz. (Şəkil 6)
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.