Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu
Bu xidmət vasitəsilə beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır.
“Yeni ərizə”bölməsinə daxil olduqda açılan pəncərədə “Şəxsi məlumatlar” hissəsində aşağıda göstərilən məlumatları qeyd etmək lazımdır (şəkil 3)
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Növbəti mərhələdə istifadəçi Əmək kitabçasını (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) yüklə düyməsi vasitəsilə sistemə yükləməlidir.
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir