İmmunoprofilaktika üzrə məlumatın verilməsi
Bu xidmət İmmunoprofilaktika üzrə məlumatlara baxmaq mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “İmmunoprofilaktika üzrə məlumatın verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Açılan formanın içində valideynlər üçün uşaqların peyvəndlərinin vaxtlı-vaxtında vurulması barədə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən Azərbaycan Respublikasının milli peyvənd təqvimi və Azərbaycan Respublikasında istifadə olunan vaksinlər haqqında məlumatlar əks olunacaqdır. (Şəkil 2)
Bu xidmət vasitəsilə əldə etdiyiniz məlumatları PDF düyməsi vasitəsilə PDF formatında kompüterinizin yaddaşında saxlaya və ya çap edə bilərsiniz. Eyni zamanda qeyd etdiyiniz elektron ünvana məlumatı e-poçta göndər düyməsi ilə göndərə bilərsiniz.