Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq
Ümumi məlumat: “Tibbi Müayinə Kartı” sisteminin tətbiqi Qaydaları nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarına əsasən Obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında olması üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Tərəfindən Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq elektron xidməti yaradılmışdır.
Elektron xidmətdən istifadə qaydası: Obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə OBLİQAT sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Qısa müddət ərzində sistem vətandaşın növbəti müayinə tarixi barədə məlumat abonentə göndərir.Əgər müayinə yoxdursa ilkin müayinə tarixi barədə məlumat gondərilir.Xidmətdən Azercell, Bakcell, Azerfon(Nar) istifadəçiləri yararlana bilərlər.