Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi
Bu xidmət Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi mümkündür. Bu xidmət fiziki şəxslər tərəfindən Səhiyyə Nazirliyinə müraciət etmək və müraciətlərin icrasının onlayn izlənilməsindən ibarətdir.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətdən istifadə etmək üçün ilk öncə saytdan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portal e-health.gov.az saytından qeydiyyatdan keçməlisiniz.
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə istifadəçi göndərmiş olduğu ərizəsi haqqında aşağıdakı məlumatları görə bilir: (Şəkil 2)
- Göndərən
- Daxil olma tarixi
- Daxil olma indeksi
- İcraçı
- İcra tarixi
- Bağlanma indeksi