Bu xidmət vasitəsilə dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)

Elektron xidmətə daxil olduqdan sonra açılan səhifədə aşağıdakı xanalar doldurulur:

1. Şəxsi məlumatlar:

  • Yaşayış ünvanı
  • Fəaliyyət ünvanı
  • Telefon nömrələri
  • Digər əlaqə vasitələri

(Şəkil3)

2.Hüquqi məlumatlar:

  • müəssisə rəhbərinin adı
  • təşkilatı hüquqi forması
  • müəssisə rəhbərinin soyadı
  • hesablaşma-hesabının olduğu bankı
  • müəssisə rəhbərinin atasının adı
  • hesablaşma-hesabının nömrəsi
  • hüquqi şəxsin adı

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.

Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:

1.Ərizəçinin vergi uçotuna alınmasını təsdiq edən şəhdətnamənin surəti (notarial təsdiqlə)

2.Ərizədə qeyd olunan dərman vasitəsinin və ya dərman maddəsinin Səhiyyə Nazirliyi tərəfindən müvəkkil edilmiş qurum tərəfindən aparılmış ixtisaslaşdırılmış ekspertizasının nəticələri haqqında məlumat (surəti)

3.Dövlət rüsumunun ödənilməsini təsdiq edən bankdan çıxarışın surəti

Lazimi sənədlərin elektron surətini yüklədikdən sonra “Yadda saxla və Təsdiq et” düyməsini vurmaqla ərizəni göndərə bilərsiniz. (Şəkil 6)

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Bu səhifədən sizə faydalı olan məlumatı ala bildiniz ?

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.