Privacy policy
Bu Məxfilik siyasəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təklif olunan xidmətlərdən rəsmi internet ehtiyatından (www.səhiyyə.gov.az) (bundan sonra - Vebsayt) daxil olmaqla istifadə zamanı istifadəçilərin fərdi məlumatlarının alınması, saxlanılması, işlənilməsi, istifadəsi, emalı və qorunması prosedurlarının tənzimlənməsi üçün tərtib edilmişdir. Məxfilik siyasəti haqqında tam məlumat əldə etmək üçün bu Məxfilik siyasətini oxumaq vacibdir.
1. Toplanan Məlumatlar
Toplanan məlumatlar, bizimlə əlaqə qurma tərzinizə, etdiyiniz seçimlərə və Vebsaytda istifadə etdiyiniz elektron xidmətlərə əsaslanır. Vebsaytdan istifadə edərkən aşağıdakı kateqoriyalar üzrə məlumatlar toplanıla bilər:
- Xidmətlərdən istifadə edərkən könüllü olaraq təqdim etdiyiniz şəxsi məlumatlar;
- Vebsaytda fəaliyyət göstərərkən və ya bizimlə müxtəlif səbəblərdən əlaqə qurarkən verilmiş məlumatlar;
- Veb-saytın onlayn müraciət hissəsindən edilən müraciətlərdə (ərizə, təklif, şikayət və sorğu) qeyd edilən məlumatlar (ad,soyad, şəxsiyyət vəsiqəsinin nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu, əlaqə məlumatlarınız, o cümlədən telefon nömrəniz,e-poçt ünvanı);
2. Məlumatların İstifadəsi
Toplanmış fərdi məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- Veb-saytdan istifadənizə kömək etmək və asanlaşdırmaq, o cümlədən elektron kabinetinizi yaratmaq, elektron kabinetinizə daxil olmanızı və funksionallıqlardan istifadənizi asanlaşdırmaq üçün;
- İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı sorğu, rəy və ya şikayətlərə geri dönüşü təmin etmək;
- Müraciət və ya xidmətin statusu ilə bağlı istifadəçi ilə əlaqə saxlamaq;
- Xidmətlərimiz haqqında istifadəçiyə məlumat təqdim etmək.
3. Məlumatların Mühafizəsi və Saxlanması
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fərdi məlumatlar toplandığı andan mühafizə olunur. İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə uyğun texniki və təşkilati tədbirlər tətbiq edirik. Toplanmış məlumatları bu Məxfilik siyasətində qeyd olunan məqsədləri yerinə yetirmək üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq lazım olan müddət ərzində saxlayırıq.
4. Məlumatların Üçüncü Şəxslərlə Paylaşılması
İstifadəçilərimizin şəxsi məlumatları yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır:
- Elektron xidmətlərin göstərilməsi məqsədi ilə mövcud olan və ya yeni yaradılan informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi, həmçinin hüquqi tələblərin və ya qanuni öhdəliklərin yerinə yetirilməsi məqsədilə qanunla müəyyən olunmuş hüquqi əsas çərçivəsində dövlət qurumları (o cümlədən də onların strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlar) ilə;
- Xidmətlərimizi təqdim etməyə kömək edən üçüncü tərəf xidmət təminatçıları ilə (məsələn, IT dəstəyi, ödəniş prosessorları);
- Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı nəticəsində açıqlanması tələb edilən məlumat olduqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında və qanunla müəyyən edilmiş digər qaydada üçüncü şəxslərə;
- Dövlət qurumları (xüsusilə də hüquq mühafizə orqanları) və məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətinin təmini, məhkəmə araşdırması, cinayət işinin araşdırılması, ictimai qaydanın mühafizəsi və o cümlədən də milli təhlükəsizliyin təmini məqsədilə.
5. İstifadəçilərin Hüquqları
İstifadəçilərimiz aşağıdakı hüquqlara malikdir:
- Məlumat əldə etmə hüququ: Barənizdə toplanılan və işlənilən fərdi məlumatlar, onların əldə edilmə mənbəyi, hüquqi əsası haqqında məlumat almaq
- Düzəliş hüququ: Toplanmış məlumatlarınızda hər hansı bir səhv olduqda, həmin məlumatların düzəldilməsini tələb etmək;
- Silinmə hüququ: Barənizdə toplanılan və işlənilən fərdi məlumatların silinməsini tələb etmək (qanunla icazə verildiyi hallarda);
- Etiraz hüququ: Toplanmış məlumatların işlənilməsinə etiraz etmək.
6. “Çərəz (cookie)” Siyasəti
Biz Vebsaytımızda çərəzlərdən istifadə edirik. Çərəzlər brauzeriniz vasitəsilə cihazınıza saxlanılan kiçik məlumat fayllarıdır. Onlar Vebsaytın daha effektiv işləməsinə və sizə fərdiləşdirilmiş təcrübə təqdim etməyimizə kömək edir. Çərəzlərin istifadəsini özünüz tənzimləyə bilərsiniz. Belə ki, brauzerinizin tənzimləmələri vasitəsilə çərəzlərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə saxlanılmamasını təmin edə bilərsiniz. Çərəzləri qəbul etmədiyiniz halda, Vebsaytı daha effektiv edən bir çox funksionallıqlarda istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlər tam işləməyə bilər.
7. Məxfilik Siyasətinə Dəyişikliklərin Edilməsi
Bu məxfilik siyasətinə Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq dəyişikliklər edilə və yenilənə bilər. Dəyişikliklər barədə istifadəçilərə əvvəlcədən məlumat veriləcək və
yenilənmiş siyasət Vebsaytda dərc ediləcəkdir. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o, Vebsaytdan istifadəni dayandıra bilər. Əgər İstifadəçi Vebsaytdan istifadə etməyə davam edirsə, o, dəyişikliklərlə razılaşmış sayılır və bütün dəyişiklikləri və Məxfilik qaydasının yeni redaksiyasını qəbul etmiş olur.
8. Əlaqə Məlumatları
Məxfilik Siyasəti ilə bağlı sual və ya müraciətləriniz olduqda, bizimlə office@health.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.