28 avqust 2026-cı il tarixində, saat 15:00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun videokonfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılır.
Növbəti iclas "Səhiyyə sistemi" işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının birinci yarımilliyinin yekunlarına həsr olunacaq. İclas çərçivəsində, həmçinin Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud problemlərin müzakirəsi və İşçi qrupun altıaylıq fəaliyyətinin təhlilinin təqdimatı nəzərdə tutulur.
İclasın gündəliyinə səhiyyə sahəsində rəqəmsallaşma ilə bağlı həllər, İSİM tərəfindən hazırlanmış mobil əlavələr və elektron resurslar barədə məlumatlandırma da daxil edilmişdir.