Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən xarici ölkələrdə təhsilini davam etdirmək və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmalarına məhdudiyyətin olmamasına dair həmin ölkələrin aidiyyəti qurumlarına təqdim etmək məqsədilə arayışların verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinə həvalə edilmişdir.
2026-cı il 1 oktyabr tarixindən etibarən xarici ölkələrdə təhsilini davam etdirmək və ya əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə məhdudiyyət arayışı ilə təmin olunmaq üçün Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinə müraciət edilməsi xahiş olunur.
Poçt indeksi: AZ 1022
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 89 a
Tel: (+99412) 433 08 93; 433 08 81
E-poçt: info@tmaknm.gov.az