Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində keçirilən 6-cı “Kəmər və Yol” Akademik Forumunda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova və institutun elmi işçisi Vüsal Hacıyev iştirak ediblər.Forum Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə həsr olunub. Tədbir, həmçinin Sincan Uyğur Muxtar Vilayətinin 70 illiyi və Çinin 14-cü Beşillik Planının yekun mərhələsi ilə üst-üstə düşüb.Forumda çıxış edən Gülnaz Dadaşova Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən əvvəl və sonra səhiyyə sahəsində baş verən dəyişikliklərdən bəhs edib.

Vüsal Hacıyev isə ürək-damar xəstəliklərindən ölüm hallarının azaldılmasında kardioloji xidmətin rolu ilə bağlı təqdimatla çıxış edib.Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Forum çərçivəsində Gülnaz Dadaşova ilə Sincan Xalq Xəstəxanasının direktoru Yan Yin arasında əməkdaşlığa dair memorandum imzalanıb.Bu sənəd Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzunun artmasına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Son yenilənmə tarixi : 2025-07-28 11:12
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.