Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələrin aparılması və sağlam həyat tərzinin təşviqi istiqamətində tədbirləri davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti tibbi aksiya martın 13-də Ağdam şəhərində baş tutub. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti — artroloq, nevroloq, travmatoloq, pediatr, dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən sakinlər üçün səyyar tibbi müayinələr təşkil edilib.

Aksiya çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, dermatoloji, fizioterapevtik və pediatrik reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçirilib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) müayinələri də aparılıb.
Müayinələr zamanı səhhətində müəyyən problemlər aşkarlanan sakinlərə həkimlər tərəfindən ətraflı tibbi məsləhətlər verilib və zəruri hallarda müvafiq müalicə tədbirləri təyin olunub.
Tibbi baxışlar əsasən orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı, dəri-zöhrəvi və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanmasına yönəlib. Bundan əlavə, 16–65 yaş arası şəxslər arasında skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası aparılıb, 14 yaşadək uşaqlar isə pediatr müayinəsindən keçirilib.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr də verilib. Bildirilib ki, fizioterapiya prosedurlarının tətbiqi zamanı pasiyentin yaşı, əsas və yanaşı xəstəlikləri, eləcə də gündəlik həyat fəaliyyəti mütləq nəzərə alınmalıdır.

Aksiya çərçivəsində 215-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin və səyyar tibbi müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Son yenilənmə tarixi : 2026-03-16 14:48
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.