Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk narkoloji tibbi müəssisə olan Bakı Şəhər Narkoloji Mərkəzinin əsası 1980-ci ildə qoyulub. Əvvəllər Bakı Şəhər Narkoloji Dispanseri kimi fəaliyyət göstərib.

Qeyd olunub ki, həmin dövrdə alkoqolizmlə mübarizə əsasında narkologiya psixiatriyadan ayrılanda narkoloji müəssisələrin yaradılmasına başlanılıb. Azərbaycanda ilk olaraq həmin narkoloji mərkəz açılıb.

2012-ci ildə dispanser Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Səhiyyə Nazirliyinin 2020-ci il 11 avqust tarixli qərarı ilə "Bakı Şəhər Narkoloji Dispanseri" əsasında "Bakı Şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz 16 otaqdan ibarətdir: qeydiyyat, qəbul, 7 həkim, manipulyasiya, 6 administrativ otaq.

Paytaxtın 12 rayonuna xidmət edən mərkəzin 18 həkim, 25 tibb bacısı və 27 digər vəzifələrdə çalışan əməkdaşı var. Mərkəz gün ərzində 200-300 nəfərə qədər vətəndaşa xidmət göstərmək gücündədir.

Bakı Şəhər Narkoloji Mərkəzində paytaxt üzrə 17 min 557 nəfər, onlardan 1416 nəfər alkoqolizmdən, 14 min 753 nəfər narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları, 1388 nəfər toksiki maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə qeydiyyatdadır.

Gün ərzində narkoloji asılılıqdan əziyyət çəkən 20 nəfər mərkəzə müraciət edir, nadir hallarda alkoqolizm asılılığına görə müraciət daxil olur. Kəskin vəziyyətləri olan alkoqolizm halları stasionara yönləndirilir. Yüngül vəziyyətdə olan alkoqolizm halları isə mərkəzdə ambulator müalicə edilir.

Bakı Şəhər Narkoloji Mərkəzində sifilis, İİV, Hepatit B və C-nin müayinəsi də aparılır.

Mərkəz üçün yeni yerin ayrıldığı, yaxın gələcəkdə həmin məkana köçürüləcəyi də diqqətə çatdırılıb.

Leyla Əliyeva qeydiyyat, qəbul, həkim, baş tibb bacısı, manipulyasiya otaqlarına baş çəkib, mərkəzin tibbi personalı ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

Son yenilənmə tarixi : 2026-03-05 21:47
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.