Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Görkəmli ictimai - siyasi xadim Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində xalqa layiqli xidmət dayanır.

Xeyirxahlığı, mərhəməti, insanlara qayğı və sevgisi, nəcib təşəbbüsləri və bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım cəmiyyətin bütün təbəqələrinin dərin rəğbət və hörmətini qazanıb.

Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə Ümummilli Liderimizin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji - humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlir, xalqımızın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüskarı və fəal icraçısıdır.

Birinci vitse-prezidentin təşəbbüsü ilə təhsil, səhiyyə, elm, mədəniyyət, ekologiya, idman və digər çoxsaylı istiqamətlərdə həyata keçirilən layihələr ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsinə yönəlmiş çox mühüm addımlardır.

Vətən Müharibəsindən dərhal sonra Birinci vitse-prezidentin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi müharibə veteranlarının xidmətinə verilib. Mehriban xanımın təşəbbüskarı olduğu “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və bir sıra mərhəmət və həyat dolu layihələr, xeyriyyə aksiyaları böyük sevgi və rəğbətlə qarşılanır.

Müstəqil Azərbaycanın tərəqqisi və inkişafı, vətəndaşlarımızın rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Mehriban xanımın xidmətləri əvəzsizdir.

Hamıya örnək olan genişmiqyaslı fəaliyyətinin əsasını əməli işi ilə təsdiq edən Mehriban xanım Azərbaycan qadınlarının lideridir.

Özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir.

Birinci vitse-prezident Mehriban Əliyevanın “həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir” söylədiyi fikirlər bu sahənin nümayəndələrinə əlavə stimul verir.

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətində böyük uğurlar arzulayır!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.