Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirlərini davam etdirir.

Bu məqsədlə Nazirliyin təşkilatçılığı ilə Laçın şəhərində növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun ixtisaslaşmış həkim briqadası iştirak edib. Nevroloq, revmatoloq-artroloq, travmatoloq, uroloq, oftalmoloq, terapevt, fizioterapevt-reabilitoloq və tibb bacılarından ibarət heyət tərəfindən sakinlərə kompleks tibbi xidmətlər göstərilib.

Müayinələr çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, uroloji, terapevtik və fizioterapevtik-reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçiblər. Eyni zamanda, nevroloqlar tərəfindən elektromioqrafiya (EMQ), oftalmoloqlar tərəfindən isə refraktometr vasitəsilə göz müayinələri aparılıb.

Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə kursları və əlavə müayinələr təyin olunub.

Aksiya çərçivəsində orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanması istiqamətində müayinələr aparılıb. Həmçinin 14 yaşadək uşaqlarda, eləcə də 16–65 yaş aralığında olan şəxslərdə skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası istiqamətində qiymətləndirmələr həyata keçirilib. Uşaqlar üçün fizioterapevtik baxışlar da təşkil olunub.

Aksiya zamanı 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün maarifləndirici tədbirlərin, profilaktik aksiyaların və səyyar tibbi müayinələrin keçirilməsi davam etdiriləcək.

Son yenilənmə tarixi : 2026-06-23 14:30
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.