İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şiba Tibb Mərkəzinin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində mayın 13-də Səhiyyə Nazirliyində görüş keçirilib. Tədbirdə həmçinin İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “Eyni zamanda, COVID-19 pandemiyası zamanı aktual olan səhiyyənin yüksək texnologiyalı sahələrində əməkdaşlığımız konstruktiv xarakter daşıyır”.

Səhiyyə sistemində aparılan islahatların əsasında rəqəmsal texnologiyalardan istifadənin dayandığını vurğulayan nazir son vaxtlar elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Şiba Tibb Mərkəzi dünyanın ən yaxşı on xəstəxanasından biridir. Bunu nəzərə alaraq, Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə Tibb Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır”.

Səmimi qəbula görə minnətdarlığını bildirən Şiba Tibb Mərkəzinin direktoru Yoel Har-Even mərkəzin tibbi təhsil, tibbi turizm, reabilitasiya, telesəhiyyə, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Tibb Mərkəzində ortopediya, nevrologiya, psixiatriya kimi sahələrdə uzunmüddətli reabilitasiya müalicəsi aparılır.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.