SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul edilib.

Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini tapıb. Həmçinin, yoluxucu xəstəliklərlə mübarizə üzrə TDT-nin birgə Fəaliyyət Planı layihəsinin hazırlanması, Təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdən keçirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən tibb sahəsində verilmiş diplomların qarşılıqlı tanınması daxil edilib. Bundan əlavə, Bəyannamə TDT-yə üzv və müşahidəçi dövlətlərin iştirakı ilə sağlamlıq turizmi sahəsində birgə şəbəkənin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.

Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra təkliflər daxil olub. Baş katib Kubanıçbek Ömüralıyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib. Kubanıçbek Ömüralıyev tədbirin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşada uğurla keçiriləcəyinə əminliyini də bildirib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.