24 may-1 iyun tarixləri arasında virtual şəkildə baş tutan Assambleyanın mövzusu hazırkı pandemiyaya son qoymaq və növbəti pandemiyaların qarşısını almaq: daha sağlam, daha təhlükəsiz və ədalətli bir dünyanı birlikdə qurmaqdır.

Assambleyada Ümumdünya Səhiyyə Təşkilatına üzv bütün dövlətlər iştirak ediblər. Azərbaycan da tədbirdə çıxış edən ölkələr arasındadır.

Sessiya zamanı Azərbaycan Respublikasının Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev salamlama nitqində Qoşulmama Hərəkatına sədrliyin 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına həvalə edildiyini Assambleya iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, pandemiyanın idarə olunması, və effektiv tədbirlərin görülməsi, milli, regional və beynəlxalq əməkdaşlıq, həmrəylik tələb edir.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan hökuməti tərəfindən pandemiya ilə mübarizədə həyata keçirilən uğurlu siyasət barədə ətraflı məlumat verilib.

Həmçinin COVID-19 peyvəndinin ölkələr üzrə qeyri-bərabər paylanmasının pandemiya ilə mübarizədə yaratdığı çətinliklər də qeyd olunub.

Çıxışının sonunda Teymur Musayev dünya sivilizasiyasının ən qiymətli aktivi olan insan sağlamlığının qorunması sahəsində dünya ölkələrinin birgə səylərini artıracağına inamını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.