SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin sayəsində pandemiya ilə mübarizədə Azərbaycan vətəndaşları müxtəlif texnoloji platformalar əsasında hazırlandığı bütün peyvəndlərlə təmin edilib: “Bundan əlavə, Azərbaycan COVID-19-la uğurla mübarizə aparır və hazırda ölkədə pandemiya şəraiti nəzarət altındadır”.

Görüş zamanı nazir həmçinin ölkəmizdə rəqəmsal və innovativ texnologiyalardan istifadə, səhiyyə sistemində aparılan islahatlar haqqında məlumat verib.

Müharibədə iştirak edən şəxslərin və ailə üzvlərinin psixoloji və posttravmatik reabilitasiyası istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin işğalından azad edilmiş və digər ərazilərdə tibbi infrastrukturun bərpası, səhiyyə müsəssisələrində yeni texnologiyaların tədbiq edilməsi müzakirə olunub.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.