SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kəndis Makdeyqan ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın olduğunu bildirdi: “Həmçinin, son illər birgə regional əməkdaşlığımız dinamik şəkildə inkişaf edir”.
Rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələ olduğunu bildirdi. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən AİB-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Kəndis Makdeyqan həmçinin qeyd edib ki, cari il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyası (ÖTS) hazırlanacaq. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlığı müəyyən edəcək.

Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.